Rəsmi otellər

Rəsmi otellərdə qalan oyunçuların qonaqlama xərcləri Təşkilat Komitəsi tərəfindən oyunçuların pul mükafatından çıxıraraq və ya iştirakçılar tərəfindən birbaşa otelə ödənilə bilər.

Bütün əlavə xərcləri (otaq xidməti, erkən qeydiyyat/gec çıxış, mini bar, camaşırxana və s.) check-out zamanı oyunçuların özləri tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mehmanxanalarda bütün ödənişlər Azərbaycan manatı ilə həyata keçirilir (bütün əsas ödəniş kartları qəbul edilir).

Təşkilat Komitəsi FİDE Dünya Kuboku zamanı oyunçuların yerləşdirilməsi üçün Bakının aşağıdakı rəsmi otellərində endirimli qiymətlərlə məhdud sayda otaqlar ayırıb.

 

 Single (USD)

Double (USD)

    Hotel

B&B

FB

B&B

FB

    Boulevard Marriott Hotel*****

    (Playing venue)

95

145

110

205

    Park İnn/Radisson****

90

135

105

200

    İbis Hotel***

50

85

75

110

 

Qeyd: *ƏDV (18%) və 1,3 AZN bələdiyyə vergiləri daxil olmaqla


Otelin qiymətlərinə bələdiyyə vergisi 1,3 AZN (bir gecəlik bir nəfər üçün təxminən 0,77 ABŞ dolları) daxil olmaqla, bütün tətbiq olunan vergi və ödənişlər daxildir. Qeyd olunan qiymətlər təxminidir, belə ki, cari günə olan valyuta kursuna görə bir qədər fərqli ola bilər.

 

Baku Marriott Hotel Boulevard

Baku Marriott Bulvar hoteli Bakının Ağ Şəhər adlanan səmtinin mərkəzində, şəhərin mərkəzini Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən əsas yollardan birinin üzərində yerləşir. Dənizkənarı otelimiz lüks yataq dəstləri, pulsuz Wi-Fi və panoramik dəniz mənzərələrinə sahib müxtəlif sinifdən olan otaqları ilə yüksək səviyyəli şərait və komfort təklif edir. Restoranlarımızda fərqli ləzzətləri dada bilərsiniz. Fitnes mərkəzimizdə enerji toplaya və ya qızdırılan qapalı hovuzumuzun sularında dincələ bilərsiniz. Azərbaycanın ən böyük konqres mehmanxanası olan Baku Marriott Hotel Boulevard sahəsi 38,933 kv fut olan görüş məkanına, o cümlədən sütunsuz möhtəşəm bal zalına malikdir. Parıldayan Xəzər dənizi boyunca mükəmməl şəkildə yerləşdirilmiş Azərbaycanın ən zərif yerlərindən birində həyəcanverici 5 ulduzlu oteldə qalmağı kəşf edin.

 

Radisson Hotel Baku

Otelimiz paytaxtın biznes və əyləncə mərkəzlərinin mərkəzində yerləşir. Üzbəüz yerləşən məşhur Bakı Bulvarı da daxil olmaqla bir neçə dəqiqə ərzində şəhərin ən məşhur görməli yerlərini ziyarət edə bilərsiz. Nizami küçəsində yerləşən əsas ticarət obyektlərinə cəmi 1 kilometr məsafədədir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanına avtomobillə 30 dəqiqəlik məsafədə yerləşən otelimizə müxtəlif nəqliyyat vasitələri ilə rahat şəkildə daxil olmaq mümkündür.

255 dəbli otaq və suitlərimiz ətrafdakı şəhər mənzərəsini və ya Xəzər dənizinin möhtəşəm mənzərələrini təqdim edir. Qaldığınız müddət ərzində pulsuz yüksək sürətli Wi-Fi-dan, eləcə də rahatlığınız üçün 24 saat otaq xidmətimizdən həzz alın.

 
ibis Baku City
Hər kəs üçün uyğun qiymətə

Otel Heydər Əliyev adına Beynəlxalq Hava Limanından cəmi 22 km, İçərişəhərdən 4 km, Port Baku Mall-dan 2 km məsafədə, Bakının biznes dairəsinin düz mərkəzində, Xətai metrosuna piyada 2 dəqiqəlik məsafədə yerləşir. Həm iş, həm də istirahət üçün səyahət edənlərlərin ideal bir məkanıdır. Dənizkənarı Bulvara piyada 10 dəqiqəlik məsafədə yerləşir.

Bakı şəhərinin mərkəzində uyğun qiymətə otel. Şəhər mərkəzinə yaxın səviyyəli xidmət göstərən büdcəli otel