Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda üçüncü yer uğrunda ilk oyun başa çatıb.
Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya qalib gəlib. Ağ fiqurlarla mübarizə aparan Abasov 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.
Qeyd edək ki, sabah şahmatçılar cavab oyununda üz-üzə gələcək. Dünya Kubokunda bürünc medal qazanmaq üçün Nicat Abasova heç-heçə də kifayət edəcək.
Dünya Kubokunda ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirində iştirak etmək imkanı qazanacaq.