Bakı, 6 May, AZERTAC
İyul-avqust aylarında Bakıda keçirilməsi planlaşdırılan şahmat üzrə Dünya Kuboku yarışı ilə bağlı müqavilə imzalanıb.
Rəsmi sazişi Azərbaycan Respublikası Gənclər və Idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç və Azərbaycan Şahmat Federasiyasının rəhbəri Mahir Məmmədov imzalayıblar.