Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1\16 final mərhələsinin tay-brek görüşlərinə start verilib.
Azərbaycan təmsilçisi Nicat Abasov FIDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılmaqla karyerasında ilk dəfə Dünya Kubokunun 1\8 final mərhələsinə vəsiqə qazanıb.
Nicat Abasovla Pyotr Svidler arasında ilk rapid oyunu bərabərliklə yekunlaşıb. İkinci rapid mübarizəsinin mittelşpilində mürəkkəb vəziyyət yaranıb. Nicat rəqibin piyadasını götürərək P.Svidlerin təşəbbüsünün qarşısını alıb. Sonda təmsilçimiz gözlənilməz taktiki gedişlə ağların məğıubiyyətini rəsmiləşdirib.
Qeyd edək ki, Dünya Kubokunda 1\8 final mərhələsinin ilk oyunları sabah baş tutacaq. Nicat Abasovun rəqibi BƏƏ təmsilçisi Saleh Salem olacaq.