Hörmətli iştirakçılar,
Tədbirlə bağlı vacib və faydalı məlumatları aşağıda tapa bilərsiniz.
Hava Limanı
Baqajınızı Bakı hava limanında götürdükdən sonra, lütfən, FİDE Dünya Kubokunun məlumat masasındakı könüllülərə yaxınlaşın – onlar sizi avtomobilinizə qədər müşayiət edəcəklər. Nəzərə alın ki, hava limanından transfer yalnız rəsmi otellərdə qalan iştirakçılara təqdim olunacaq.
Qeydiyyat
FİDE Dünya Kuboku və FİDE qadınlararası Dünya Kuboku iştirakçılarının qeydiyyatı onlayn şəkildə həyata keçirilir: worldcup.fide.com/registration. Son qeydiyyat tarixi 30 iyun, Lozanna vaxtı ilə 12 p.m.
Oyun Məkanı:
Tədbir Baku Marriott Bulvarı hotelinin birinci mərtəbəsində yerləşən zalda olacaq. (ünvan: Xəqani Rüstəmov küçəsi, 4C)
Transfer:
Dünya Kubokunun rəsmi otellərində qalan iştirakçılar aşağıdakı ödənişsiz nəqliyyat ilə təmin olunacaq:
- gəliş zamanı: Heydər Əliyev adına Beynəlxalq Hava Limanından (GYD) qalacağınız otelə qədər
- 29 iyul: açılış mərasiminə və texniki toplantıya
- oyun günlərində: bir istiqamətdə - oyun məkanına qədər
Qonaqlama:
Rəsmi otellərdə qalan oyunçuların qonaqlama xərcləri oyunçuların pul mükafatından çıxıraraq Təşkilat Komitəsi tərəfindən və ya iştirakçılar tərəfindən birbaşa otelə ödənilə bilər.
Bütün əlavə xərclər (otaq xidməti, erkən qeydiyyat/gec çıxış, mini bar, camaşırxana və s.) check-out zamanı oyunçular tərəfindən ödəniləcəkdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mehmanxanalarda bütün ödənişlər Azərbaycan manatı ilə həyata keçirilir (bütün əsas ödəniş kartları qəbul edilir).
Təşkilat Komitəsi FİDE Dünya Kuboku zamanı oyunçuların yerləşdirilməsi üçün Bakının aşağıdakı rəsmi otellərində endirimli qiymətlərlə məhdud sayda otaqlar ayırıb.
|
Single (USD) |
Double (USD) |
||
Hotel |
B&B |
FB |
B&B |
FB |
Boulevard Marriott Hotel***** (Playing venue) |
95 |
145 |
110 |
205 |
Park İnn/Radisson**** |
90 |
135 |
105 |
200 |
İbis Hotel*** |
50 |
85 |
75 |
110 |
Qeyd: *ƏDV (18%) və 1,3 AZN bələdiyyə vergiləri daxildir |
|
|
|
Otelin qiymətlərinə bələdiyyə vergisi 1,3 AZN (bir gecəlik bir nəfər üçün təxminən 0,77 ABŞ dolları) daxil olmaqla, bütün tətbiq olunan vergi və ödənişlər daxildir. Qeyd olunan qiymətlər təxminidir, belə ki, cari günə valyuta kursuna əsasən fərqlilik yarana bilər.
Erkən yerləşmə
Boulevard Marriott Hotel
Qeyd edək ki, qeydiyyat saatı 15:00-dır. Erkən qeydiyyat 7:00-11:00 arası mümkündür və otaq qiymətinin 50%-ni təşkil edir. Saat 11:00-dan sonra erkən qeydiyyat pulsuz həyata keçirilə bilər.
şəkil: booking.com
Park Inn/Radisson
Qeyd edək ki, qeydiyyat saatı 12:00-dır. Erkən qeydiyyat saat 10:00-12:00 arası mümkündür və otaq qiymətinin 50%-nı təşkil edir.
şəkil: hrs.com
Ibis Hotel
Qeyd edək ki, qeydiyyat saatı 15:00-dır. Erkən qeydiyyat saat 8:00-14:00 arası mümkündür və otaq qiymətinin 50%-nı təşkil edir.
şəkil: all.accor.com/
Viza:
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna, Belarus, Gürcüstan, Moldova, Rusiya Federasiyası, Tacikistan və Qətər vətəndaşları vizasız səyahət edə bilərlər.
93 ölkənin vətəndaşları Azərbaycana gəliş vizasını elektron formada əldə edə bilərlər: https://evisa.gov.az/en/countries
Əgər ölkəniz onların sırasındadırsa, elektron vizanızı almaq üçün keçiddən istifadə edə bilərsiniz: https://evisa.gov.az/en/
Azərbaycana səfər etmək üçün vizasız rejimə malik ölkə və ya elektron viza almaq hüququna malik ölkənin vətəndaşı deyilsinizsə, qeydiyyat formasını və pasportun surətini (JPEG və ya PDF formatında) təşkilat komitəsinə yollamağınız xahiş olunur, təşkilatçı bundan sonra sizinlə əlaqə saxlayacaq.
Oyunçularla ünsiyyət:
Dünya Kuboku zamanı Telegram proqramında xüsusi rabitə kanalı yaradılacaq (yalnız təşkilati elanlar).
Oyunçular turnirin başlamasına bir neçə gün qalmış kanala əlavə olunacaqlar. Təşkilatçılar həmin kanalda mesaj göndərmək imkanına malik olacaq. Xahis edirik, mobil proqramın cihazınızda quraşdırıldığından və hesabınızın təşkilatçılara təqdim olunduğundan əmin olasınız.
Siz həmçinin rəsmi email vasitəsilə Dünya Kubokunun təşkilat komitəsi ilə əlaqə saxlaya bilərsiniz: worldcup@fide.com.
Açılış mərasimi və Texniki toplantı
Açılış mərasimi və texniki toplantı 29 iyul tarixində baş tutacaq. Hər iki tədbirə transfer Dünya Kubokunun bütün rəsmi otellərindən təmin ediləcək.
Sizə təhlükəsiz uçuş arzulayırıq və sizi tezliklə Bakıda görməyi səbirsizliklə gözləyirik!