Maqnus Karlsen istirahət günündə qolf oynadı
07 Aug 2023

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda IV mərhələyə vəsiqə qazanan Maqnus Karlsen istirahət gününü səmərəli keçirməyə çalışıb.

FIDE reytinqində lider olan norveçli şahmatçı qolf oynayıb.

Qeyd edək ki, beşqat dünya çempionu olan Maqnus Karlsen 2022-ci ildən etibarən şahmat tacı uğrunda yarışda iştirakdan imtina edib.