Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun iştirakçıları futbol matçında meydana çıxıb.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, FIDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, FIDE rəsmiləri Berik
Balqabayev, Viorel Boloqan, Dana Reizneçe-Ozola və digərləri futbolda oyununda iştirak edib.
Yoldaşlıq görüşündə FIDE və AŞF-nin birgə kollektivi şahmatçılardan ibarət komandaya qarşı mübarizə aparıb. Hər biri 30 dəqiqə olmaqla iki hissədən ibarət oyunun yekununda şahmatçılar 8-6 hesablı qələbə qazanıb.
Qalib komandaya kubok təqdim olunub.