Hörmətli Üzv Federasiyalar,
FİDE-nin Ədalətli Oyunlar Komissiyası Azərbaycan Şahmat Federasiyası ilə birgə 2023-cü il iyulun 31-dən avqustun 4-dək Bakıda keçirilməsi planlaşdırılan FİDE-nin Ədalətli Oyunlar üzrə seminarını elan etməkdən böyük məmnuniyyət hissi keçirir.
Seminar 2023-cü il Dünya Kuboku ilə eyni vaxtda baş tutur, şahmat hakimləri, təşkilatçıları və şahmatda ədalətli oyunun mühüm aspektlərini öyrənməkdə maraqlı olan digər şəxslər üçün ideal fürsətdir. Seminar ədalətli oyun haqqında bilikləri təmin etmək və təcrübələri bölüşmək məqsədini daşıyır.
Seminarın əhatə dairəsi:
– Fair Play Legal Framework
– Anti-Cheating Regulations
– Prof. Regan’s Statistics
– Technical devices and their usage
– Fair Play Theory and Practice at OTB Events
Mühazirəçilər turnirə hazırlıq, turnir rəsmiləri və tamaşaçılarla qarşılıqlı əlaqə, izdihamın idarə edilməsi, saxtakarlığın qarşısının alınması və ya aşkarlanması, müşahidələr, bədən dili, psixoloji aspektlər və qəribə davranışlar, statistika, qeyri-etik təcrübələrin aşkar edilməsi və qarşısının alınması və müsbət şahmat mədəniyyətinin təbliği və s. kimi mövzular üzrə fikirlərini bölüşəcəklər.
Seminarın sonunda imtahanı uğurla keçən iştirakçılar FPE titulu üçün tələblərdən biri olan FPE seminar normasını alacaqlar.
FİDE-nin Ədalətli Oyunlar Seminarı ədalətli oyunu təbliğ etmək, idmanın qaranlıq tərəflərinin qarşısının alınması təcrübələri haqqında daha çox öyrənmək, şahmat oyununu dəstəkləmək kimi fikirləriı bölüşən bütün şahmat həvəskarları, oyunçuları, məşqçiləri, hakimləri, təşkilatçıları və rəsmiləri üçün açıqdır. İştirakçılar ədalətli oyun təcrübələrini və biliklərini artırmaq üçün ideal fürsət əldə edəcəklər.
Tarix:
31 iyul - 4 avqust
Location:
Bakı, Azərbaycan
Seminarın dili: ingiliscə
Mühazirəcilər:
Yuri Garrett – FPL sədri
Bojana Bejatovic – FPL katibi
Vincent Geeraets – FPL müşaviri
Gopakumar M S – FPL müşaviri
Jürgen Klüners – FPL üzvü
Qeydiyyat:
Yerlər məhduddur, "ilk gələn birinci xidmət" prinsipi ilə müəyyən olunacaq. Qeydiyyat üçün fairplay@fide.com əlaqə saxlayın.
Son qeydiyyat tarixi: 20 iyul
Seminar haqqı: 200 EUR
İmtahan haqqı: 50 EUR