Karlsen və Ju Wenjun Dünya Kubokunun iştirakçıları sırasında
12 Jun 2023

Dünya Kuboku ümumi mükafat fondu 2,5 milyon ABŞ dolları ilə ən böyük mükafat fonduna malik şahmat turniridır. 

İki ildən bir, nokaut sistemi ilə 10-cu dəfə keçirilən şahmat turniri 30 iyul - 24 avqust 2023-cü il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Açılış mərasimi 29 iyulda, ilk oyunlar isə 30 iyulda baş tutacaq.

Dünya Kubokunun open bölməsinin 206 iştirakçısından 146-sı, qadınlar bölməsinin 103 iştirakçısından isə 71-i iştiraklarını təsdiqləyiblər.

Siyahıya dünyanın bir nömrəsi Maqnus Karlsen başçılıq edir. Pley-off turnirlərinin qəti tərəfdarı olmasına baxmayaraq, Dünya Kubokunun qalibi adı Maqnusun qələbələr siyahısında hələ özünə yer tapmayıb və bu, yəqin ki, keçmiş Dünya Çempionu üçün güclü stimul olacaq. Onun indiyədək ən yaxşı nəticəsi Soçi 2021-də olub, burada o, bir neçə möhtəşəm oyunları ilə azarkeşləri heyran edib (Fedoseyev üzərində iki qələbəsi kimi), lakin yarımfinalda turnirin qalibi Dudaya məğlub olub.

Turnirin ikinci nömrəsi - son iki Dünya Çempionatının finalçısı və Namizədlər Turnirinin ikiqat qalibi Yan Nepomniyuşidir. “Nepo” 2019-cu ildə Xantı-Mansiyskdə keçirilən Dünya Kubokunun dördüncü etapında məğlub olmuş və Dünya çempionatına hazırlığı ilə bağlı olaraq növbəti kubokda iştirak etməmək qərarı almışdı.

Siyahıda növbəti olaraq Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye Laqrav və iki ev sahibi Teymur RəcəbovŞəhriyar Məmmədyarov gəlir. Rəcəbov 2019-ci ildə keçirilən Dünya Kubokunun qalibidir. Təbii olaraq, doğma məkan yenidən qalib olmaq üçün əlavə motivasiyası yaradacaq.

Kubokun ən gənc iştirakçıları kimi 17 yaşlı hindistanlı Qukesh Dommaraju, Nodirbek Abdusattorov (18 yaş), Rameshbabu Praggnanandhaa (17 yaş) və Vincent Keymeri (18 yaş) qeyd edə bilərik.

Qadınlar arasında Dünya Kubokunun siyahısına hindistanlı Humpy Koneru başçılıq edir. İl ərzində reytinqinin düşməsinə baxmayaraq, yalnız yarı-təqaüdçü Hou Yifandan geri qalaraq dünya reytinqində ikinci sıradadır.

Ju Wenjun-un Dünya Kubokunda iştirakı yarışın ən maraqlı məqamlarından biri olacaq. Belə ki, o, Dünya Kubokundan bir neçə həftə əvvəl, 5-25 iyul tarixlərində həmyerlisi Lei Tingjie-yə qarşı titulunu qorumağa çalışacaq. Ju-nun maçdan sonra Bakıya hansı titulda gələcəyi böyük maraq kəsb edir, istənilən halda gözlənilən yorğunluğa baxmayaraq, o, şübhəsiz ki, qələbəyə əsas namizədlərdən biri olacaq.

Aleksandra Qoryaçkina, Katerina Laqno və qadınlar arasında Dünya Kubokunun sahibi Aleksandra Kosteniuk ilk 5-liyi tamamlayırlar. Onları Tan Zhongyi, Mariya Muzuçuk, Harika Dronavalli, Nana DzaqnidzeAnna Muzuçuk izləyir. Ən yüksək reytinqli yerli oyunçu 22 yaşlı Günay Məmmədzadədir.

Dünya Kuboku FİDE-nin flaqman yarışlarından biridir və son illər şahmat təqvimində ən çox izlənilən tədbirlərdən birinə çevrilmişdir.  

Ümumi mükafat fondu 2,5 milyon ABŞ dolları olan Dünya Kuboku open bölməsində 206 və qadınlar arasında 103 iştirakçısı ilə şahmat təqvimində xüsusi yere malikdir.

Bir sıra şahmatçılar üçün Dünya Kuboku Dünya Çempionatı tacı uğrunda mübarizəyə qoşulmaq üçün yaxşı fürsətdir, belə ki, son dəyişikliklərdən sonra artıq ilk 3 yerin sahibi Namizədlər Turnirinə vəsiqə qazanacaq.